09.03.2014 10:57
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

YANĞIN AVTOMOBİLLƏRİ VƏ ONLARIN FƏALİYYƏTİNİN

    TƏNZİMLƏNMƏSİNİN BƏZİ ASPEKTLƏRİ

 

 

 

Nəriman Məmmədov,

AR DİN BDYTİ-nin əməkdaşı, 

daxili xidmət kapitanı

 

 

Məqalədə yanğın avtomobillərinin  təsnifatı, onların fəaliyyətinin tənzimlənməsinin bəzi aspektləri, onların bəzi xüsusiyyətləri və yol hərəkətində üstünlükləri barədə məsələlərə toxunulur.

 

 

 

İnsanların həyat və sağlamlığının, habelə milli sərvətlərin yanğınlardan qorunması Dövlət Yanğın Təhlükəsizliyi xidmətinin əsas və başlıca məqsədlərindən biridir.

Yanğın təhlükəsizliyinin səmərəli və operativ şəkildə təmin edilməsində yanğın-texniki avadanlıqları və vasitələri xüsusi rol oynayır. Elə bu baxımdan, yanğın avtomobillərinin təsnifatına nəzər salmaq yerinə düşərdi.

                Yanğın avtomobilləri dəstləşdirildiyi avadanlıqların təyinatdan asılı olaraq əsas, xüsusi və köməkçi yanğın avtomobillərinə bölünür. Əsas yanğın avtomobillərinə yanğın  yerinə döyüş bölgüsünü, yanğın avadanlıqlarını və  ehtiyat odsöndürücü vasitələri gətirmək, həmçinin yanğına odsöndürücü vasitələri (suyu, köpüyü, karbon qazını, tozu, qaz-su və digər tərkiblər) vermək  üçün təyin olunmuş  avtomobillər  aiddir. Onları iki qruppa bölürlər: şəhər və  yaşayış  məntəqələrində  yanğınları  söndürmək üçün istifadə edilən  yanğın  avtomobilləri ümumi tətbiq, xalq təsərrüfatı müəssisələrində  yanğınları söndürmək üçün  yanğın avtomobilləri isə məqsədli tətbiq  avtomobilləri  adlanır. Bu qruppa yanğın avtoçənləri, avtonasosları, nasos-şlanq  avtomobilləri, yanğın nasos  stansiyaları, yanğın aerodrom avtomobilləri, hava-köpüklə söndürmə, tozla, karbon qazla, kombinəedilmiş və qaz-su ilə söndürmə  yanğın avtomobilləri, yanğın təyyarələri və  vertolyotları, gəmiləri, qatarları, drezinalar (rels üstündə motor və ya əllə hərəkətə gətirilən dördçarxlı araba və ya kiçik platforma) və motorompalar daxildir.

                Xüsusi yanğın avtomobilləri yanğınları söndürən zaman xüsusi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Onlar yanğın yerinə döyüş bölgüsünü, xüsusi yanğın-texniki silahları və müxtəlif şəraitlərdə yanğınların  söndürülməsi üzrə işlərin təmin edilməsi üçün lazımi aparatları gətirməyə xidmət edir. Bunlara avtonərdivan və dirsəkli avtoqaldırıcı, avtoköpükqaldırıcı, rabitə və işıqlandırma avtomobili, texniki və şlanq avtomobili, qazdan-tüstüdən və sudan müdafiə avtomobili, tüstüsoran avtomobil, sirena siqnalları, radiostansiyalar ilə təchiz edilmiş qərargah və əməliyyat avtomobili aiddir. Xüsusi yanğın avtomobilləri ilə silahlanmış yanğın bölmələri, yanğınlarda əsas yanğın bölmələri ilə qarşılıqlı əlaqəli işləyirlər.

                Köməkçi yanğın avtomobillərindən yanğında ikinci dərəcəli işləri, yəni yanacaqla doldurmanı, yüklərin daşınmasını, yanğın texnikasının təmirini və s. Yerinə yetirmək üçün istifadə edirlər. Belə avtomobillərə aiddir: yerindən tərpədilə bilən avtotəmir emalatxanası, avtoyanacaqdoldurma, yük, minik və təbliğat avtomobilləri, avtobuslar, traktorlar və digər avtotexnika. Hər bir yanğın avtomobilinə komandir, sürücü və  yanğınsöndürənlərdən ibarət  olan  döyüş bölgüsü rəyin edirlər. Əsas və xüsusi yanğın  avtomobillərindəki döyüş bölgüsünü bölmə adlandırırlar.

Əksər ölkələrdə avtomobil istehsalının inkişafı yüksək sürətlə davam edir. Dinamik xüsusiyyətlərin təkmilləşdirilməsi, etibarlılığın artması, istismar şərtlərinin azalması müasir modeli avtomobillərin yüksək göstəricilərini təmin edir.        Müvafiq olaraq, yanğın avtomobillərinin göstəriciləri  də artır. Hər şeydən əvvəl, yanğın avtomobillərinin xüsusi gücü və onların surət göstəriciləri artır. Bu şassinin hissələrində gərginliyin artmasına gətirib çıxarır, yol hərəkəti intensivliyinin daim artması şəraitində isə hərəkətin təhlükəsizliyinin təmin edilməsinin ən vacib problem edir.

Yanğın avtomobillərin istismar rejimləri, şassilərində qurulduğu nəqliyyat avtomobillərinin istismar rejimlərindən fərqlənir. Onlar nisbətən kiçik çıxış radiusuna malikdir. Lakin əməliyyat tapşırığını  alarkən  yanğın avtomobili mühərrik və aqreqatların adı mərhələdəki qızmasını nəzərə almayaraq, sürətləndirilmiş rejimdə tez-tez intensiv küçə hərəkəti, yaxud artırılmış yol müqaviməti  şəraitlərində hərəkət edir. Nəqliyyat avtomobilləri üçün  səciyyəvi olmayan isə əsas şassinin  mühərrikindən gücü xüsusi aqreqatlara ötürməyə xidmət edən stasionar gücötürücünün mövcudluğudur. Yanğın avtoçən və avtonasoslarında alınan gücün qiyməti nominal gücün 70%-nə  çata bilər. Yanğın  avtomobillərinin istismarının bu xüsusiyyətləri onlara minimal xərclərlə döyüş hazırlığını yüksək səviyyədə saxlamağa imkan verən  texniki qulluq edilməsi sistemlərinin düzgün təşkil edilməsini tələb edir.

Təcrübə göstərir ki, istismarın çox hissəsini yanğın avtomobili gözləmə rejimində olur. Çıxışı gözləmədən yanğın avtomobili daima döyüşə hazırlıq vəziyyətində olur.

Hal-hazırda respublikamızda demək olar ki,  müasir yanğın avtomobillərinin əksəriyyətindən istifadə olunur. Onlar özünün texniki xüsusiyyətlərinə görə yüksək səviyyədədir.

Texniki qulluğun düzgün təşkil edilməsi avtomobillərin yüksək döyüş hazırlığını, qəzasız istismarını, cəld hərəkətliliyini və yanğınların söndürülməsi zamanı səmərəli istifadə edilməsini təmin  edir.

Yanğın avtomobillərinin işarə edilməsi üçün xüsusi markalanma daxil edilmişdir: 1.AÇ-40(131)137, 2.NŞA-40 (130) 127A, 3.ŞA-2 (131) 133, 4.TXA-3 (131)T2, 5.RİA-12(66) 90A, 6.AN-30 (131) L 22 və s. Burada başlanğıc hərflər avtomobilin növünü ifadə edir; defisdən sonra-əsas parametrdir; mötərizədə avtomobilin şassisinin modelinin nömrəsini, tez-tez hələ istehsalın buraxdığı modelin nömrəsini də göstərirlər («model» sözünü yazmamaq olar).

Adətən, yanğın avtomobillərini qırmızı boya ilə rəngləyirlər. Fərqləndirici  nişanlar ağ rənglə göstərilir. Rəng qrafikası sxemi DÜİST 21392-75-ə  uyğun qadaya salınır. Yanğın avtomobillərinin markası arxada solda göstərilir, Yanğın Təhlükəsizliyi bölməsinin adı (nömrəsi) isə sürücünün kabinəsinin qapısında və arxada sağda göstərilir, kabinədə Yanğın Təhlükəsizliyi bölməsinin adının  (nömrəsinin) altında şəhərin adı  yazılır.

 Yanğın avtomobillərinin texniki imkanlarını,  ancaq onları saz vəziyyətdə saxlayarkən və xüsusilə qış dövründə yanğın deposunda  məqsədəuyğun temperatur rejimi yaradarkən həyata keçirmək olar. Qarajda havanın temperaturu 5°C-dən aşağı olmamalıdır. Belə şəraitdə mühərrikin etibarlı işə salınması təmin edilir və yanğın yerinə yürüş zamanı onlar tez qızır. Yol şəraiti, küçə hərəkəti intensivliyi və mühərrikin istilik vəziyyəti nəzərə alınaraq, yanğın avtomobili yanğın yerinə yürüş edərkən hərəkətin mümkün olan maksimal surətini artırır.

Yanğın avtomobillərinin yanğın yerinə hərəkəti qısa marşrutla, habelə xüsusi səs siqnalı və sayrışan işıq siqnallarından istifadə etməklə, müəyyən surətlə olmalıdır.

Üstün keçid hüququ olan operativ nəqliyyat vasitəsi kimi yanğın avtomobillərinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən kənara çıxa bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Həmin sürücülər, onlara yol verdiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Xüsusi səs və işıq siqnalı ilə işarə verən yanğın avtomobili yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları yolun hərəkət hissəsini boşaldaraq idarə etdikləri nəqliyyat vasitəsini dayandırmalıdır.

Yanğın avtomobilləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər.

Yanğın avtomobillərinin yanğın yerinə hərəkət müddətinin qısaldılması üçün lazım gəldikdə onların hərəkət marşrutlarında yol hərəkəti bağlanıla bilər.

Yanğın avtomobilinin sürücüsü - xüsusi hazırlığı və yanğın avtomobilin idarə etmək hüququ verən müvafiq buraxılış vərəqəsi olan yanğın təhlükəsizliyi xidmətinin əməkdaşıdır, bölmə komandirinə (növbətçi yanğınsöndürmə xidmətinin rəisinə) tabedir. Onun  yanğın söndürülməsi zamanı vəzifələri aşağıdakılardan ibarətdir:

-avtomobili göstərilən mövqedə saxlamaq;

-yanğında vəziyyət mürəkkəbləşdikdə avtomobilin təhlükəsiz yerə çıxarılmasını təmin etmək;

-yanğında vəziyyəti daim izləmək, avtomobilin birləşmələrinin, aqreqatlarının  fasiləsiz və  səmərəli  işini təmin etmək;

-yanacaq, sürtkü, eləcə də digər istismar olunan odsöndürücü maddələrin və materialların ehtiyatına nəzarət etmək, onların vaxtaşırı olaraq artırılması barədə məruzə etmək;

-yanğında (təlimdə) müəyyən olunmuş həcmdə təhkim olunduğu avtomobilə texniki xidmət etmək;

-tələb olunduqda avtomobildəki radiostansiyada işləmək.

Mövcud normativlərə görə, yanğın və xüsusi avtomobillərin təsnifatı aşağıdakı kimidir:

-yanğın avtosisternası (rəngi-qırmızı), yanğın avtonasosu, yanğın avtonərdivanı, yanğın avtoqaldırıcısı (dirsəkli, teleskopik), şlanqlı yanğın avtomobili, rabitə və işıqlandırma yanğın avtomobili, texniki xidmət yanğın avtomobili, tüstünü xaric edən yanğın avtomobili,  yanğın nasos stansiyası, stasionar lafet lüləli avtomobil, aerodrom yanğın avtomobili,  köpüklə söndürən yanğın avtomobili, kombinə olunmuş (köpüklü-tozlu) yanğın avtomobili, aerozol olunmuş su ilə söndürən yanğın avtomobili, tozla söndürən yanğın avtomobili, karbon qazı ilə söndürən yanğın avtomobili, qaz-su ilə söndürən yanğın avtomobili, tırtıl təkərli texnika (maşın), yanğın tankı (qırmızı rəng), qazdan tüstüdən mühafizə avtomobili (QTMA), sudan mühafizə yanğın avtomobili, yanğın avtolaboratoriyası,  qərargah yanğın avtomobili,  yanğın qoşqusu (qırmızı), yanğın gəmisi (qırmızı), yanğın kateri (qırmızı),  yanğın qatarı (qırmızı), yanğın təyyarəsi (qırmızı), hidrotəyyarə (qırmızı), yanğın vertolyotu (qırmızı), yanğın motopompası (daşınan, qoşqu), tozla söndürən yanğın qoşqusu (qırmızı);

-yanğın söndürmək məqsədləri üçün uyğunlaşdırılmış avtomobil (kontur göy, orta zolaq qırmızı), yanğın söndürmək məqsədləri üçün uyğunlaşdırılmış digər texnika (kontur mavi, orta zolaq (qırmızı).

Yanğın avtomobillərinin istismar rejiminin sxemini isə aşağıdakı kimi vermək olar:

 

 

 

 

 

 

ЙАНЬЫН АВТОМОБИЛЛЯРИНИН ИСТИСМАРЫ

Истифадяолунма

Нювбятчилик (чыхышы эюзлямя)

Дюйцш бюлэцсцндян чыхарылмагла техники гуллуг вя тямир

Чаьырыш

(йаньын) йериня чыхыш вя йцрцш етмя

Дюйцш ачылышы

Йаньынын сюндцрцл-мяси

Дислока-сийа йериня гайытма

ЭТГ

Стасионар йцклян-мяйян режим

Ямялиййат няглиййат режими

Няглиййат, йахуд стасионар йцклямя режими

Стасионар йцклямя режими

Ямялиййат олмайан няглиййат режими

Text Box: ТямирText Box: ТГ-2Text Box: ТГ-1 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Йаньын йериндя ТГ

Йаньындан сонра ТГ

 

 

 

 

 

 

 

 

 

 


Yanğın avtomobillərinin istismarı dedikdə yanğın təhlükəsizliyi xidmətinin qarşısında qoyulan əməliyyat tapşırıqlarının yerinə yetirilməsində  onlardan istifadə edilməsi, avtomobillərə göstərilən müxtəlif növ  qulluqlar, onların təmiri, qeydiyyatlarının aparılması və saxlanılması başa düşülür. Yanğın avtomobillərinin istismarı BDYTİ-nin 15 dekabr 2000-ci il tarixli  əmri ilə təsdiq edilmiş təlimatla tənzimlənir. Təlimata əsasən yanğın avtomobillərindən yalnız  xidmətin  qarşısında qoyulan əməliyyat tapşırıqlarının yerinə yetirilməsində istifadə oluna bilər. Yanğın avtomobillərinin sayı və tərkibi DYPX-nin ştatına uyğun formalaşır və ştatdan artıq nəqliyyat vasitələrinin saxlanılması qadağan edilir. Yanğınların söndürülməsi və insanların xilasında tətbiq olunan  avtoçənlər, avtonərdivanlar, avtoqaldırıcılar və digər əsas və xüsusi yanğın  avtomobilləri ilə yanaşı DYTX-nin əməliyyat xidməti  və təsərrüfatı fəaliyyətində  istifadə olunan əməliyyat-minik, yük  avtomobilləri, avtobuslar,  qoşqular və s. nəzərdə tutulur.

Xidmətin istər döyüş hesabında, istərsə də ehtiyatda olan yanğın avtomobilləri daim döyüş hazırlığı vəziyyətində saxlanılmalıdır.

Yanğın avtomobillərinin istismarı zamanı DYTX-də müvafiq qeydiyyat sənədləri aparılır. Həmin sənədlər  aşağıdakılardan ibarətdir: formulyar, istismar vərəqi, yol vərəqi, avtoçənlərin işinin  qeydiyyatı vərəqi, akkumulyator batareyalarının istismar vərəqəsi, texniki qulluqların qeydiyyatı jurnalı, yanğın avtomobillərinin formulyarı, onun texniki vəziyyətini, istismar göstəricilərini, əsas qovşaq və aqreqatların xarakteristikasını, eyni zamanda yanğın avtomobilinin istismarının başlanğıcından silinən vaxta qədər işləməsinin  qeydiyyatının əks etdirilməsi üçün təyin edilən ciddi hesabat sənədidir.

Yanğınların söndürülməsi zamanı nəqliyyat vasitələrinə suyun verilməsinin hesabat intensivliyi onların növündən asılı olaraq müəyyən edilir. Belə ki, suyun verilməsinin hesabat intensivliyi avtonəqliyyat vasitələrində (dayanacağın açıq yerlərində avtomobillərlə, tramvaylarla,  trolleybuslarla) 0,1, təyyarələrlə və vertolyotlara: a) daxili bəzəyinə 0,08+; b)maqnezium ərintiləri olan konstruksiyalara 0,25; v) gövdəyə 0,15; gəmiyə (quru mal və sərnişin daşıyana): a)üstündə tikilənə (daxili və xarici yanğınlara) 0,2+; b)anbarlara 0,2-dir.

Elmi-texniki tərəqqi sürətləndikcə daha mütərəqqi istehsal sahələri yaradılır, çoxmərtəbəli və müxtəlif profili binalar tikilir. Belə bina və obyektlərdə baş verə biləcək yanğınlar və texnogen  hadisələr xarakterinə və mürəkkəbliyinə görə müxtəlif ola bilər. Bu inkişaf yanğın təhlükəsizliyi xidmətini daim yanğınla mübarizə metodlarını təkmilləşdirməyə, mövcud yanğın  avtomobillərində yenidənqurma işləri aparmağa, yeni, daha mütərəqqi və mobil yanğın avtomobilləri ilə silahlanmasını zənginləşdirməyə sövq edir.

Yanğınla mübarizə üzrə xidmətin təşkilinin hüquqi əsasları ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası DYTX-nin xüsusi təyinatlı hissələrinin  yerləşdiyi ərazidən kənar qarnizonlara yanğınların söndürülməsinə və fövqəladə hadisələrin nəticələrinin aradan  qaldırılmasına cəlb olunması qaydaları  BDYTİ tərəfindən müəyyən edilir. Çıxış cədvəlinə  yanğın-texniki  tədris müəssisələri də daxil edilir. Kənd rayonları üçün  qüvvə və vasitələrin cəlb olunması planı ərazi üzrə DYTX tərəfindən hazırlanır və texnikası cəlb olunmuş idarə, müəssisə,  təşkilatlarla razılaşdırılır, yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir. DYTX hissələrinin mövcud bazasında yanğınsöndürmə dayaq  məntəqələri  yaradıla bilər.

Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların  qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq  orqanların  fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata  keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmış və Dövlət Yanğından Mühafizə İdarəsi həmin nazirliyin tərkibinə verilmişdir.  

BDYTİ-nin rəhbərliyi yanğın təhlükəsizliyi qarnizonlarının, avtomobil parklarının yeniləşməsini, müasir tələblərə cavab verən  yanğın avtomobilləri ilə təchiz edilməsini daim diqqət mərkəzində saxlayır.

 

 

 

 

İSTİFADƏ  EDİLMİŞ ƏDƏBİYYAT:

 

 

                1.«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunu, 1997.

                2.«Yol hərəkəti haqqında»  Azərbaycan Respublikasının Qanunu, Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2001.

                3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 1998-ci il tarixli 151 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası DİN BDYTİ haqqında Əsasnamə».

                4.Azərbaycan Respublikası DİN Yanğın Təhlükəsizliyi  Xidmətinin Döyüş Nizamnaməsi. Bakı, 2002.

                5.Murad Hüseynov, İsgəndər İsmayılov. Yanğın Təhlükəsizlik Sistemində xidmət və döyüş hazırlığı. Bakı, 2004.

                6. «Yanğınla mübarizə» elmi-praktiki və publisistik jurnal. Bakı, № 2, 2004, № 5, 2005.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                ПОЖАРНЫЕ АВТОМОБИЛИ И НЕКОТОРЫЕ АСПЕКТЫ

УРЕГУЛИРОВАНИЯ ИХ ДЕЯТЕЛЬНОСТИ

 

 

Нариман Мамедов,

сотрудник ГУГПБ МВД

Азербайджанской Республики,

капитан внутренной службы

 

 

                В статье затрагиваются  вопросы о классификации пожарных автомобилей, некоторых аспектах, особенностях урегулирования их деятельности и преимуществ в дорожном движении.

 

 

 

 

 

 

                                   FIRE ENGINES AND SAME SETTLEMENT

ASPEETS OF THEIR ACTIVITIES

 

 

Nariman Mamedov,

Official of the central Administrative Board

of the State Security at the Ministry of Internal

Affairs in Azerbaijan, captain of internal service

 

 

 

                The article involves the questions about fire-engines (Cleo) classification, some settlement aspects, particularities of their activities and advantages of traffic.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.